Almaniya 2020-ci ilə qədər 3,6 milyon qaçqın qəbul edəcək

Almaniya 2020-ci ilə qədər 3,6 milyon qaçqın qəbul edəcək Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildən 2020-ci ilə qədər Almaniya hər il təxminən yarım milyon qaçqın qəbul edəcək
Digər ölkələr
25 Fevral , 2016 12:47
Almaniya 2020-ci ilə qədər 3,6 milyon qaçqın qəbul edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Almaniya hökuməti ölkənin 2020-ci ilə qədər ümumilikdə 3,6 milyon qaçqın qəbul edəcəyini gözləyir. "Report" xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti Almaniya Maliyyə Nazirliyinin proqnozlarına istinadən yazıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildən 2020-ci ilə qədər Almaniya hər il təxminən yarım milyon qaçqın qəbul edəcək. Belədə 2015-ci ildə Almaniyaya gələn 1,1 milyon qaçqınla birlikdə ümumi sayı 3,6 milyona çatacaq.

Nazirlikdən nəşrə bildirilib ki, miqrantların göstərilən sayı texniki xarakterli ehtimaldır. Amma rəsmi Berlin rəsmi proqnoz verməkdən boyun qaçırıb. Belə ki, hazırda miqrant axınının həcmini proqnozlaşdırmaq mümkün deyil.

Son xəbərlər

Orphus sistemi