​Almaniyada tibb işçisi 30 xəstəni öldürdüyünü etiraf edib

​Almaniyada tibb işçisi 30 xəstəni öldürdüyünü etiraf edib Qətllər 2003-2005-ci illərdə törədilib
Digər ölkələr
9 Yanvar , 2015 06:21
​Almaniyada tibb işçisi 30 xəstəni öldürdüyünü etiraf edib
Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyada keçmiş tibb işçisi işlədiyi Delmenhorst şəhər xəstəxanasında 30 xəstəni öldürdüyünü etiraf edib.

"Report" xəbər verir ki, 38 yaşlı feldşer psixiatrlara xəstələrə ürək dərmanlarının artırılmış dozaları ilə inyeksiya edərək onları öldürüb.

Bildirilir ki, qətl 2003-2005-ci illərdə baş verib. İstintaqın fərziyyəsinə görə, kişi inyeksiya etdikdən sonra pasiyentləri həyata qaytarmağa çalışıb və bu şəkildə öz tibbi bacarıqlarını yaxşılaşdırmaq istəyib.

Xəstəxana əməkdaşı 2008-ci ildə sui-qəsdə cəhd etdiyi üçün 7,5 il müdətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi