​Ali Radada dava baş verib - VİDEO

​Ali Radada dava baş verib - VİDEO Millət vəkili güc tətbiq edərək “Müxalifət blok”undan olan deputatın çıxışının qarşısını almağa çalışıb
Digər ölkələr
15 İyun , 2016 15:32
​Ali Radada dava baş verib - VİDEO

Bakı. 15 iyun. REPORT.AZ/ Ukrayna Ali Radasında deputatların davası baş verib. 

“Report” “112.ua” saytına istinadən xəbər verir ki, millət vəkili Vladimir Parasyukun güc tətbiq edərək “Müxalifət blok”un üzvü Dmitriy Kolesnikovun çıxışının qarşısını alması cəhdi davaya səbəb olub.

D.Kolesnikovun çıxışı Lvov şəhərinin meri Andrey Sadovoyun fəaliyyətinə həsr olunub. O, çıxışında Lvovda zibilliklərlə əlaqədar vəziyyətdən və şəhər sakinlərinin etiraz aksiyalarından söz açıb. V.Parasyuk isə bu çıxışı təmsil etdiyi regionun daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Ali Radanın spikeri Andrey Parubiy həmçinin D.Kolesnikovun çıxışını tənqid edərək, onu “Rusiya təbliğatı” adlandırıb.

“Sizə çıxışı bitirməyə imkan verməyəcəyəm, çünki siz Ukrayna parlamentindəsiniz. Ukrayna əleyhinə təbliğat aparmaq istəyirsinizsə, RF-nın parlamentinə gedib orada çıxış edin”, - Parubiy qeyd edib.

Son xəbərlər

Orphus sistemi