​Albaniyada onminlərlə insan hökumətə etiraz əlaməti olaraq küçələrə çıxıb

​Albaniyada onminlərlə insan hökumətə etiraz əlaməti olaraq küçələrə çıxıb Etirazçılar fəaliyyətdə olan hökuməti ölkəni resessiyaya aparmaqda ittiham ediblər
Digər ölkələr
22 Noyabr , 2014 20:30
​Albaniyada onminlərlə insan hökumətə etiraz əlaməti olaraq küçələrə çıxıb
Bakı. 22 noyabr. REPORT.AZ/ Albaniyanın paytaxtı Tiranada onminlərlə şəhərli hökumətin iqtisadi siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxıb.

"Report" "Associated Press"-ə istinadən xəbər verir ki, etirazçıların əsas hissəsini müxalifət lideri, Tirana meri Lulzima Başinin tərəfdarları təşkil edib.

O, fəaliyyətdə olan sosialist hökuməti ölkəni resessiyaya aparmaqda ittiham edib.

Etirazçıların rəyinə görə, hökumət tərəfindən irəli sürülən vergilərin artırılması ideyası enerji təchizatı qiymətlərinin və işsizliyin daha da artmasına gətirib çıxaracaq.

Hazırda ölkədə işsizlərin sayı 17% təşkil edir.

Son xəbərlər

Orphus sistemi