Albaniyada 5,3 bal gücündə zəlzələ baş verib

Albaniyada 5,3 bal gücündə zəlzələ baş verib Dağıntı və ya tələfat barəsində məlumat verilmir
Digər ölkələr
16 Oktyabr , 2016 01:49
Albaniyada 5,3 bal gücündə zəlzələ baş verib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Albaniyanın cənubunda, Yunanıstanla sərhəd Kakavije kəndi ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Kakavije kəndində olub.

Yeraltı təkanlar paytaxt Tiranada, Avlonyada, Korçada, Sarandada və Ergiri şəhərlərində hiss edilib.

Rəsmi qurumlar dağıntı və ya tələfat barəsində məlumat verməyiblər. 

Son xəbərlər

Orphus sistemi