Aktyor Cimmi Morales Qvatemalanın 50-ci prezidenti seçildi

Aktyor Cimmi Morales Qvatemalanın 50-ci prezidenti seçildi Prezident seçkilərinin ikinci turunda seçicilərin 70,4 faizi Moralesi dəstəkləyib
Digər ölkələr
26 Oktyabr , 2015 07:07
Aktyor Cimmi Morales Qvatemalanın 50-ci prezidenti seçildi

Bakı. 26 oktyabr. REPORT.AZ/ Korrupsiya qalmaqalı ilə bağlı ölkə başçısının istefasından sonra Qvatemalada keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu da yekunlaşıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, keçmişdə komediya aktyoru kimi məşhur olan Cimmi Morales seçkilərin favoritidir.

Bülletenlerin 84 faizinin hesablanmasından sonra məlum olub ki, Morales səslərin 70,4 faizini toplayıb. Onun yeganə rəqibi - ölkənin sabiq birinci ledisi Sandra Torresin namizədliyini isə seçicilərin yalnız 29.6 faizi dəstəkləyib. Aktyor artıq öz qələbəsini elan edib.

Beləliklə, Cimmi Morales Qvatemalanın 50-ci prezidenti elan ediləcək.

Son xəbərlər

Orphus sistemi