Bakı. 30 aprel. REPORT.AZ/ Avropanın təyyarə istehsalı ilə məşğul olan məşhur “Airbus” şirkəti, rəsmi Berlinə müraciət edərək, Almaniya federal kəşfiyyat xidmətinin (BND) bu şirkətlə bağlı topladığı məlumatların dərhal açıqlanmasını istəyib.
“Airbus” rəsmiləri bildiriblər ki, onlarda industrial cəsusuluq fəaliyyətinin həyata keçirildiyinə dair şübhələr var və bu səbəblə də məhkəməyə üz tutmağa hazırdırlar.
Xatırladaq ki, “Sueddeutsche Zeitung” və “NDR” radiostansiyasının məlumatına görə BND bir neçə il ərzində ABŞ Milli Təhlükəsizlik Agentliyinin xahişi ilə qonşu Avropa ölkələrini izləyib.