​"AirAsia" aviaşirkətinin qəzaya uğramış təyyarəsinin 4 iri hissəsi tapılıb

​"AirAsia" aviaşirkətinin qəzaya uğramış təyyarəsinin 4 iri hissəsi tapılıb Tapılan təyyarə hissəsinin ən böyüyünün uzunluğu 18, eni isə 5,4 metrdir
Digər ölkələr
3 Yanvar , 2015 19:32
​AirAsia aviaşirkətinin qəzaya uğramış təyyarəsinin 4 iri hissəsi tapılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Xilasedicilər "AirAsia" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə 4 iri hissə aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistiyə istinadən İTAR TASS məlumat yayıb.

Tapılan təyyarə hissəsinin ən böyüyünün uzunluğu 18, eni isə 5,4 metrdir. Onlar dənizin təqribən 30 metr dərinliyində aşkar edilib.

"Qara qutu"nu tapmaq hələ ki, mümkün olmayıb. Hazırda pis hava şəraiti xilasedicilərin işini çətinləşdirir.

"AirAsia"ya məxsus sərnişin təyyarəsi Surabay (İndoneziya) - Sinqapur reysi ilə hərəkət edib və dekabrın 28-i səhər saatlarında radarlardan itib. Dekabrın 30-da Borneo adasının sahillərində hava gəmisinin ilk qalıqları tapılıb.

Son xəbərlər

Orphus sistemi