​"AirAsia"nın qırıntılarının aşkarlandığı iddia olunur

​"AirAsia"nın qırıntılarının aşkarlandığı iddia olunur Həmin hissələrin təyyarəyə aid olduğu hələlik təsdiqlənməyib
Digər ölkələr
29 Dekabr , 2014 12:39
​AirAsianın qırıntılarının aşkarlandığı iddia olunur

Bakı. 29 dekabr. REPORT.AZ/ "AirAsia"nın qəzaya uğradığı ərazidə təyyarənin qırıntıları aşkarlanıb.

"Report" "Assosiated Press"ə istinadən xəbər verir ki, qırıntılar Avstraliya təyyarəçiləri kəşfiyyat-axtarış əməliyyatı həyata keçirərkən tapılıb.

Aviasiya bazasının İndoneziyanın paytaxtı Cakartadakı rəisinin sözlərinə görə, ona qırıntıların Nanqka adası yaxınlığında aşkar edildiyini söyləyiblər: "Bununla belə, biz həmin hissələrin "AirAsia" təyyarəsinə aid olduğuna əmin deyilik. Həmin rayonda güclü duman olsa da, bu istiqamətdə hərəkət edirik".

Xatırladaq ki, bir müddət öncə təyyarənin dənizin dibində olduğuna dair məlumat yayılmışdı. Axtarış işləri İndoneziyanın Belitunq adasında aparılır. "AirbusA320-200" Surabaydan Sinqapura hərəkət edirmiş. Təyyarənin göyərtəsində 162 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi