“Air Canada” təyyarəsi qəza enişi edib

“Air Canada” təyyarəsi qəza enişi edib Sərnişinlərdən oksijen maskaları taxmaları xahiş olunub
Digər ölkələr
30 Yanvar , 2016 07:51
“Air Canada” təyyarəsi qəza enişi edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Nyu-York-Vankuver səfərini həyata keçirən “Air Canada” aviaşirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi Toronto şəhərinin hava limanına qəza enişi edib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, enişə səbəb 10.9 km hündürlükdə təyyarənin salonunun hermetikliyinin pozulması olub.

İnsident zamanı sərnişinlərdən oksijen maskaları taxmaları xahiş olunub.

Hadisənin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi