​Aİ xarici işlər nazirləri yanvarın 29-da Ukraynadakı vəziyyətlə əlaqədar təcili görüş keçirəcəklər

​Aİ xarici işlər nazirləri yanvarın 29-da Ukraynadakı vəziyyətlə əlaqədar təcili görüş keçirəcəklər Görüş iştirakçıları Mariupolda baş verən hadisələri müzakirə edəcəklər
Digər ölkələr
26 Yanvar , 2015 13:34
​Aİ xarici işlər nazirləri yanvarın 29-da Ukraynadakı vəziyyətlə əlaqədar təcili görüş keçirəcəklər

Bakı. 26 yanvar. REPORT.AZ/ Avropa birliyinin 28 ölkəsinin xarici işlər nazirləri yanvarın 29-da Ukraynadakı vəziyyətlə əlaqədar Brüsseldə təcili görüş keçirəcəklər.

"Report" xəbər verir ki, bu barədə İTAR-TASS agentliyi Belçika paytaxtındakı diplomatik mənbəyə istinadən yazır.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Ukrayna-NATO komissiyasının səfirlər səviyyəsində baş tutacaq görüşü də Büsseldə keçiriləcək. Bu görüş yanvarın 24-də Mariupol şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər dinc sakinin ölümü və 100-dən artıq insanın yaralanmasından sonra çağırılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi