Aİ Şurası Yunanıstana 3 ay vaxt verib

Aİ Şurası Yunanıstana 3 ay vaxt verib Şura Yunanıstanın Şengen razılaşmasının tələblərini ciddi pozmasıyla bağlı qərar üzrə tövsiyəni təsdiq edib
Digər ölkələr
12 Fevral , 2016 17:17
Aİ Şurası Yunanıstana 3 ay vaxt verib

Bakı. 12 fevral. REPORT.AZ/ Avropa İttifaqı Şurası Şengen razılaşmasının həyata keçirilməsindəki pozuntuları aradan qaldırmaq üçün Yunanıstana 3 ay vaxt verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda məlumat verilir.

"12 fevral 2016-cı il tarixində Şura Yunanıstanın xarici sərhədlər üzrə Şengen razılaşmasının tələblərini ciddi pozmasıyla bağlı qərar üzrə tövsiyəni təsdiq edib. Tövsiyədə Yunanıstana bu çatışmazlıqları aradan qaldırmaq məsləhət görülür", - deyə sənəddə deyilir.

Sənəddə həmçinin rəsmi Afinanın Aİ Şurasının tövsiyələrinin qüvvəyə mindiyi andan bəri onun icrasını həyata keçirmək üçün 3 ay vaxtının olduğu vurğulanır.

Son xəbərlər

Orphus sistemi