Aİ Şurası Rusiyaya qarşı birtərəfli sanksiyaların vaxtını uzadıb

Aİ Şurası Rusiyaya qarşı birtərəfli sanksiyaların vaxtını uzadıb Avropa İttifaqı Rusiyanın bir sıra vətəndaşları və hüquqi şəxslərinə qarşı sanksiyaların müddətinin sentyabrın 15-nə qədər uzadılmasına qərar verib
Digər ölkələr
10 Mart , 2016 17:51
Aİ Şurası Rusiyaya qarşı birtərəfli sanksiyaların vaxtını uzadıb

Bakı. 10 mart. REPORT.AZ/ Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan Rusiya və Ukraynanın bir sıra vətəndaşları və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaların müddətinin sentyabrın 15-nə qədər uzadılmasına qərar verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi bəyanatında bildirilir.

Aİ 17 mart 2014-cü il tarixdə Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqinə başlayıb. Bu, Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə qarşı olan təhdidlərə yönəlik atılmış addım olub. O vaxtdan bəri məhdudlaşdırıcı tədbirlər dəfələrlə yarımillik müddətə artırılıb. Cari sanksiyalar martın 15-nə qədər qüvvədədir. Qeyd edək ki, burada sanksiya termini altında 149 fiziki və 37 hüquqi şəxsə münasibətdə aktivlərin dondurulması və Aİ ölkələrinə səfərə qadağa qoyulması nəzərdə tutulur.

Birtərəfli sanksiyalarla yanaşı, Avropa İttifaqı Rusiyaya qarşı sektoral məhdudlaşdırıcı tədbirlər də tətbiq edib. Belə desək, iqtisadi sanksiyalar adlanan bu məhdudlaşdırıcı tədbirlər 2016-cı il iyulun 31-nə qədər qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi