Bakı. 25 iyun. REPORT.AZ/ Avropa İttifaqının yaradıcıları olan ölkələrin (Almaniya, Belçika, İtaliya, Lüksemburq, Hollandiya və Fransa) xarici işlər nazirləri birgə iclasda yalnız daxili məsələlərə diqqət ayrılması üçün Böyük Britaniyanı ən qısa zamanda İttifaqı tərk etməli olduğuna qərar verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə görüşün yekunlarına dair açıqlama verərkən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
"Görüşdə Avropanı birlikdə qoruyacağımıza dair istəkləri və səyləri təsdiq etdik. Proses ən qısa müddətdə başlamalıdır. Avropa üçün aktial olan məsələlərə diqqət ayırmağımız vacibdir. Əks təqdirdə qeyri-müəyyənlik dövrü başlayacaq və bu, gələcəkdə Aİ və Birləşmiş Krallıq arasındakı münasibətləri korıaya bilər", - deyə XİN başçısı qeyd edib.