​Aİ-nin iyun sammiti nəzərdə tutulandan 4 gün sonra keçiriləcək

​Aİ-nin iyun sammiti nəzərdə tutulandan 4 gün sonra keçiriləcək Sammitin gecikməsinə Böyük Britaniyada nəzərdə tutulmuş referendum göstərilir
Digər ölkələr
25 Mart , 2016 12:45
​Aİ-nin iyun sammiti nəzərdə tutulandan 4 gün sonra keçiriləcək

Bakı. 25 mart. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) birinci yarım il üçün 23-24 iyuna planlaşdırılan son sammiti, çox güman ki, bundan 4 gün sonra keçiriləcək. "Report"un "euractiv.com"a istinadən verdiyi məlumata görə, səbəb kimi iyunun 23-də Böyük Britaniyada nəzərdə tutulmuş referendum göstərilir.

Bildirilir ki, sammit 27-28 iyunda, yəni Böyük Britaniyada baş tutacaq referendumdan 4 gün sonra keçirilə bilər.

Aİ hələ ki, məlumatı rəsmən təsdiqləməyib.  

Son xəbərlər

Orphus sistemi