Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiqləyib

Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiqləyib Sənəd Aİ enerji siyasətinin yaxın 5 il ərzindəki əsas istiqamətlərini müəyyən edir
Digər ölkələr
25 Fevral , 2015 18:22
Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiqləyib

Bakı. 25 fevral. REPORT.AZ/ Avropa Komissiyası Aİ-nin Enerji Birliyinin yaradılması strategiyasını təsdiq edib. "Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Brüsseldə bildirib. 

M.Şevçoviç vurğulayıb ki, qəbul edilən sənəd daha sabit, təhlükəsiz və rəqabət qabiliyyəti olan Aİ enerji siyasətini yaratmağa imkan verəcək və bu siyasətin yaxın 5 ildəki əsas istiqamtlərini müəyyən edəcək. 

Onun sözlərinə görə, Aİ-nin Enerji Birliyinin yaradılması üzərində Avropa Komissiyasının hazırkı tərkibində olan 28 komissardan 14-ü işləyəcək. Strategiyaya qaz müqavilələrinin bağlanması şəffaflığının yaxşılaşdırılması üzrə tədbirlər, regional əməkdaşlığın inkişafı və enerji ehtiyatlarının diversifikasiya, vahid enerji bazarına inteqrasiya və Aİ enerji effektivliyinin artırılması daxildir. 

Son xəbərlər

Orphus sistemi