Bakı. 17 sentyabr. REPORT.AZ/ Avropa İttifaqına üzv 27 ölkənin prezidenti Böyük Britaniyanın iştirakı olmadan 2017-ci ilin əvvəlində Maltada qeyri-rəsmi sammitdə bir araya gələcək.
"Report" xəbər verir ki, bu barədə Slovakiyanın paytaxtı Bratislavada keçirilən 27 liderin qeyri-rəsmi sammitinin yekunu üzrə qəbul olunan "yol xəritəsi"ndə bildirilir.
"Aİ-nin 27 ölkəsinin başçısı 2017-ci ilin əvvəlində Vallettada (Malta) qeyri-rəsmi görüş keçirəcək", - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Aİ rəhbərliyinə yaxın mənbə 27 dövlət başçısının növbəti sammitinin çox güman ki, 2017-ci ilin fevral ayında bir araya gələcəyini məlumat vermişdi.