Aİ-nin Belarusa qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı qüvvəyə minib

Aİ-nin Belarusa qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı qüvvəyə minib Sanksiyalar Belarus prezidenti və ölkənin daha 169 məmuruna qarşı tətbiq edilmişdi
Digər ölkələr
27 Fevral , 2016 12:17
Aİ-nin Belarusa qarşı sanksiyaların ləğvi ilə bağlı qərarı qüvvəyə minib

Bakı. 27 Fevral. REPORT.AZ/ Avropa İttifaqının Belarusa və şəxsən ölkə prezidenti Aleksandr Lukaşenkoya qarşı bəzi sanksiyaların ləğvi ilə bağlı qərarı bu gün qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilir.

Avropa İttifaqı Şurası xarici işlər nazirləri səviyyəsində Belarus prezidenti və ölkənin daha 169 məmuruna qarşı tətbiq edilən sanksiyaların ləğvinə qərar verib. Ləğv edilmiş sanksiyalar bu 170 nəfərin Aİ ölkəsinə girişi və maliyyə əməliyyatları ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi