Aİ-nin ali nümayəndəsi və İran XİN rəhbəri Brüsseldə görüşüb

Aİ-nin ali nümayəndəsi və İran XİN rəhbəri Brüsseldə görüşüb "Danışıqlar razılaşdırılmış vaxtda başa çatmalıdır"
Digər ölkələr
16 Yanvar , 2015 11:03
Aİ-nin ali nümayəndəsi və İran XİN rəhbəri Brüsseldə görüşüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran nüvə proqramı üzrə böyük razılaşmanın bağlanması məsələsində "vaxt itirməməyə" qərar veriblər. "Report" Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, bu bəyanat  F.Mogerini və M.Zərifin Brüsseldə keçirilən görüşlərinin yekunları ilə bağlı verilib. 

"Biz İranın nüvə proqramının yalnız sülh xarakterli olmasına dair beynəlxalq ictimaiyyəti narahat edən məsələnin diplomatik həlli üzrə öhdəliklərimizi bir daha təsdiq etmişik. Danışıqlar razılaşdırılmış vaxtda başa çatmalıdır", - F.Mogerinin bəyanatında deyilir. 

Görüşdə tərəflər həmçinin Yaxın Şərq ölkələrində insan hüquqlarının qorunması məsələlərini və regional münaqişələrin həlli problemlərini də müzakirə ediblər. 

2013-cü il noyabr ayında Cenevrədə beynəlxalq vasitəçilər "altılığı" (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin) və İran sanksiyaların tam aradan qaldırılması müqabilindəTehranın nüvə proqramının müstəsna sülh xarakterli olacağını təmin edən müqaviləni hazırlamaq haqqında razılığa gəliblər. Bu müqavilə razılaşdırılan vaxta qədər, yəni noyabr ayının 24-ə qədər hazırlanmayıb. Tərəflər danışıqları iyun ayının sonlarına qədər uzadıb. 

Danışıqların növbəti raundu yanvarın 18-də Cenevrədə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi