​Ağ Ev: "Rusiyanın Suriyaya hərbi yardımından narahatıq"

​Ağ Ev: "Rusiyanın Suriyaya hərbi yardımından narahatıq" Coş Ernest: "Moskvanın Bəşşar Əsəd hakimiyyətinə həm də hərbi yardımı sabitliyin pozulmasına səbəb olacaq"
Digər ölkələr
9 Sentyabr , 2015 11:09
​Ağ Ev: Rusiyanın Suriyaya hərbi yardımından narahatıq

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Rusiyanın Suriyada əlavə hərbi heyət və aviasiya yerləşdirmə ehtimalı ilə bağlı narahatlığımızı artıq bildirmişik. Bununla bağlı Rusiyanın fəaliyyətini müəyyənləşdirmək çətindir".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ Rusiyanın Suriyaya hərbi qüvvə və aviasiya yollamasından narahatdır: "Bu sayaq addımlar Suriyadakı münaqişənin kəskinləşməsi, qurbanların və qaçqınların sayının çoxalması ilə nəticələnəcək. Rusiyanın Suriyadakı rejimə (Bəşşar Əsəd hakimiyyətini nəzərdə tutur- "Report") həm də hərbi yardımı sabitliyin pozulmasına səbəb olacaq və dünya ictimaiyyəti üçün müsbət addım olmayacaq. Bu, Suriyadakı terrorçu İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq qüvvələr arasında qarşıdurma riskini artıracaq".

Bir müddət öncə Rusiyanın Suriyaya humanitar yardım çatdıracaq iki təyyarəsinin İranın hava məkanından keçəcəyi haqda məlumat yayılmışdı.  

Son xəbərlər

Orphus sistemi