​Ağ ev "Taliban"la görüşün keçiriləcəyi haqda xəbəri təkzib edib

​Ağ ev "Taliban"la görüşün keçiriləcəyi haqda xəbəri təkzib edib Fevralın 19-da Qətərdə belə bir görüşün olacağı haqda xəbər yayılmışdı
Digər ölkələr
19 Fevral , 2015 18:00
​Ağ ev Talibanla görüşün keçiriləcəyi haqda xəbəri təkzib edib

Bakı. 19 fevral. REPORT.AZ/ Qətərdə ABŞ rəsmiləri ilə "Taliban" hərəkatının nümayəndələri arasında sülh danışığının birinci raundunun keçiriləcəyi haqda yayılan məlumatı Ağ ev təkzib edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Bernadett Mixan deyib.

"ABŞ-ın Dohada "Taliban"la görüş keçirməsi planlaşdırılmayıb", - o vurğulayıb.

Xatırladaq ki, "Daily mail" hərəkatın rəhbərliyinə istinadən fevralın 19-da Qətərdə belə bir görüşün keçiriləcəyi haqda xəbər yaymışdı.

Son xəbərlər

Orphus sistemi