Ağ Ev rəsmisi: "ABŞ İranla danışıqlar masasını tərk etməyəcək"

Ağ Ev rəsmisi: "ABŞ İranla danışıqlar masasını tərk etməyəcək" "Nə qədər ki, danışıqlar müsbət nəticələr verir, biz dialoq masasında qalxmayacağıq"
Digər ölkələr
7 İyul , 2015 23:42
Ağ Ev rəsmisi: ABŞ İranla danışıqlar masasını tərk etməyəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Ağ Ev rəsmisi Coş Ernest bəyan edib ki, ABŞ  İranın atom-nüvə proqramı ilə bağlı müzakirələri tərk etməyəcək. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Ernestin sözlərinə görə, İranın nüvə silahını əldə etməsinin qarşısını alan ən doğru yol - diplomatiyadır.

"Diplomatiya nüvə silahına qarşı təminatdır. Nə qədər ki, danışıqlarda müsbət meyillər var, biz dialoq masası arxasından qalxmayacağıq", - deyə Ağ Ev rəsmisi bildirib.

Bununla belə, Ernst müzakirələrin yekun tarixi ilə bağlı məlumat verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi