Afinada onminlərlə insan hökumətin siyasətinə qarşı mitinq keçirir

Afinada onminlərlə insan hökumətin siyasətinə qarşı mitinq keçirir Etiraz aksiyası zamanı kiçikmiqyaslı iğtişaşlar baş verib, polis bibər qazından istifadə edib
Digər ölkələr
12 Noyabr , 2015 17:54
Afinada onminlərlə insan hökumətin siyasətinə qarşı mitinq keçirir

Bakı. 12 noyabr. REPORT.AZ/ Yunanıstan paytaxtı Afinada hökumətin siyasətinə qarşı irimiqyaslı mitinq keçirilir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, etiraz aksiyasında iştirak etmək üçün onminlərlə insan küçələrə axışıb.

Müxtəlif mənbələrdə nümayişlərdə 25 mindən 70 minə qədər insanın iştirak etdiyi barədə məlumatlar yerləşdirilib. Bu, SİRİZA-nın (iqtidarda olan sosialist yönümlü Radikal Sol Koalisiya) siyasətinə qarşı ilk kütləvi etiraz aksiyasıdır.

Qeyd edək ki, bu gün həmkarlar ittifaqlarının çağırışı ilə Yunanıstanda 24 saatlıq ümummilli tətil elan edilib. Dövlət və bələdiyyə orqanları, xəstəxanalar və apteklər işləmir, ictimai nəqliyyatın iş qrafiki dəyişdirilib, dəmir yolu və dəniz daşınmaları "dondurulub", bəzi daxili reyslər ləğv olunub, muzeylər və arxeoloji abidələr bağlanılıb, jurnalistlər də etiraz edir. Mitiniqə qoşulanlar Aleksis Tsiprasın hökumətinin apardığı sərt iqtisadiyyat siyasətinə qarşı etiraz edir.

Etiraz aksiyası zamanı kiçikmiqyaslı iğtişaşlar baş verib, cavabında polis bibər qazından istifadə edib.

Son xəbərlər

Orphus sistemi