Report xarici KİV-ə istinadən xəbər verir ki, vizaların verilmə prosesi tam bərpa olunub.
Qeyd edək ki, vizaların verilməsi ilə bağlı problem iyul ayının sonlarında pasport-viza sistemində texniki səbəblərdən yaranıb. Bunun nəticəsində ABŞ-ın Azərbaycandakı konsulluğu da daxil olmaqla ABŞ Diplomatik missiyası vətəndaşlara bu ölkəyə getmək üçün viza verə bilmirdi.