ABŞ Yəmənin 3 radiolokasiya stansiyasına zərbə endirib

ABŞ Yəmənin 3 radiolokasiya stansiyasına zərbə endirib Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi
Digər ölkələr
13 Oktyabr , 2016 07:34
ABŞ Yəmənin 3 radiolokasiya stansiyasına zərbə endirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ Yəmənin 3 radiolaokasiya stansiyasına zərbə endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Naziriliyi məlumat yayıb.

İnformasiyaya görə, ABŞ-ın hərbi gəmilərinin raket atəşinə tutulmasına bunun cavab olması yoxlanılır.

Qeyd edək ki, oktyabrın 12-də ABŞ-ın Yəmən sahillərində fəaliyyət göstərən "USS Mason" esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi "USS Ponce" yenidən raket atəşinə tutulması barədə xəbər yayılıb.

Məlumata görə, oxşar hadisə oktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi