ABŞ xizək komandasının iki üzvü Alp dağlarında qar uçqunu nəticəsində həlak olub

ABŞ xizək komandasının iki üzvü Alp dağlarında qar uçqunu nəticəsində həlak olub Hadisə Soelden kurort ərazisi yaxınlığında Rettenbax buzlağında baş verib
Digər ölkələr
6 Yanvar , 2015 23:56
ABŞ xizək komandasının iki üzvü Alp dağlarında qar uçqunu nəticəsində həlak olub

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ xizək komandasının iki üzvünün Avstriyada Alp dağlarında qar uçqunu nəticəsində ölməsindən sonra komanda matəm içindədir.

"Report" Amerikanın Səsi-nə istinadən məlumat verir ki, hadisə Avstriyanın Soelden kurort ərazisi yaxınlığında Rettenbax buzlağında baş verib.

ABŞ Xizək komandasının başçısı Patrik Riml komandanın insidentə görə şok keçirdiyini deyib.

Altı amerikalı komanda üzvü qrup şəklində xizəklə sürüşən zaman qar uçqununa düşüb. Onlardan dördü xilas ola bilib. Lakin 20 yaşlı Ronni Berlak və 19 yaşlı Brays Astl həlak olub.

Hadisə baş verən zaman məşqçi onlarla olmayıb. Ərazidə bir neçə gün qar yağdıqdan sonra qar uçqunu barədə xəbərdarlıq verilmişdi.

Son xəbərlər

Orphus sistemi