ABŞ xəbərdarlıq etdi - İrana qarşı sanksiyalar qüvvədədir

ABŞ xəbərdarlıq etdi - İrana qarşı sanksiyalar qüvvədədir Dövlət Departamenti gizli diplomatik xəttlə xarici hökumətlərə və banklara xəbərdarlıq göndərib
Digər ölkələr
10 Oktyabr , 2015 23:19
ABŞ xəbərdarlıq etdi - İrana qarşı sanksiyalar qüvvədədir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Barak Obama administrasiyası özəl kanallarla xarici hökumətlərə və ABŞ banklarına xatırladıb ki, İrana qarşı sanksiyalar hələ də qüvvədədir.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri qeyd edib ki, İranda neft sektoruna və başqa bizneslərə investisiya etmək istəyən şirkətlər tələsməməli və iyul ayında əldə olunan nüvə razılığına əsasən götürdüyü öhdəliklərə tam əməl olunmasını gözləməlidir.

ABŞ Dövlət Departamenti dünya boyu səfirliklərinə demarş adlanan kabel mesajı göndərərək İrana qarşı sanksiyaların qüvvədə olduğunu xatırladıb. Bu barədə məlumatı Reuters xəbər agentliyi diplomatik və hökumət mənbələrindən əldə edib.

Mesajda deyilib ki, İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılığın bütün şərtlərinə əməl etdiyini təsdiq etməsinədək qüvvədə qalacaq.

“Birləşmiş Ştatlar hökumətlərə bildirmək istəyir ki, İranla münasibətlərini qurarkən tələsməsinlər” – deyə Londondakı diplomatik mənbə bildirib.

Sanksiyaların nə zaman ləöv ediləcəyi hələlik bəlli olmasa da, ekspertlər deyir ki, əgər Tehran şərtlərə əməl etsə, gələn il İranla bəzi beynəlxalq maliyyə əməliyyatları həyata keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi