Bakı. 23 may. REPORT.AZ/ ABŞ Vyetnama öldürücü (letal - red.) silah satışı ilə bağlı embarqonu aradan qaldırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Barak Obama Vyetnam səfəri zamanı məlumat verib.
Qeyd edək ki, B.Obama 1955-1975-ci illərdə Vyetnamda gedən müharibədən sonra Bill Klinton və kiçik Corc Buşdan sonra bu ölkəyə səfər edən üçüncü ABŞ prezidenti olub.