​ABŞ vətəndaşlığı və "yaşıl kart"dan imtina edənlərin sayı artıb

​ABŞ vətəndaşlığı və "yaşıl kart"dan imtina edənlərin sayı artıb 2014-cü ilin göstəricisi 1988-ci ildən bəri rekord sayılır
Digər ölkələr
13 Fevral , 2015 17:11
​ABŞ vətəndaşlığı və yaşıl kartdan imtina edənlərin sayı artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Xaricdə yaşayan ABŞ vətəndaşları və vergi mükəlləfiyyətli "yaşıl kart" ("green card") sahibləri ölkədən kənardakı qazanclarını vergidən yayındırmaq üçün vətəndaşlıqdan və onlara məxsus kartdan imtina edirlər.

"Report" "turkishny.com"a istinadən xəbər verir ki, ABŞ Xəzinədarlığı 2014-cü ilin sonuncu rübündə könüllü olaraq vətəndaşlıq və "yaşıl kart"dan imtina edənlərin siyahısını açıqlayıb.

Məlumata görə, 2014-cü ildə 3 415 nəfər ABŞ vətəndaşlığından könüllü olaraq imtina edib. 2013-cü ildə bu rəqəm 2 999 nəfər olub. 1988-ci ildən bəri 2014-cü ilin göstəricisi rekord sayılır. 

Son xəbərlər

Orphus sistemi