​ABŞ Venesuela məmurlarının ölkəyə girişinə qadağa qoyub

​ABŞ Venesuela məmurlarının ölkəyə girişinə qadağa qoyub Onlar insan haqlarının pozulması və korrupsiyada ittiham olunurlar
Digər ölkələr
3 Fevral , 2015 01:57
​ABŞ Venesuela məmurlarının ölkəyə girişinə qadağa qoyub

Bakı. 3 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar hakimiyyəti insan haqlarının pozulması və korrupsiyada ittiham etdiyi bir sıra Venesuela məmuruna qarşı viza məhdudiyyəti tətbiq edib.

"Report" xəbər verir ki, onların adları açıqlanmır.

ABŞ Dövlət Departamentinin məlumatına görə, bu addım açıq-aydın göstərir ki, ABŞ-ın qapıları insan haqlarını pozanlar, korrupsiyaya bulaşmış məmurlar və onların qohumlarının üzünə bağlıdır.

Venesuela prezidenti Nikolas Maduro buna cavab olaraq bildirib ki, Karakas Vaşinqtonun "həyasız imperialist sanksiyalarını" qəbul etmir.

Son xəbərlər

Orphus sistemi