​ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə 5 günlük atəşkəs tətbiq etmək istəyir

​ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə 5 günlük atəşkəs tətbiq etmək istəyir Hər iki ölkənin rəsmiləri qiyamçıları və onların tərəfdarlarını rejimə əməl etməyə çağırıblar
Digər ölkələr
7 May , 2015 18:27
​ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə 5 günlük atəşkəs tətbiq etmək istəyir

Bakı. 7 may. REPORT.AZ/ ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə 5 günlük atəşkəs rejimi tətbiq etmək istəyir. "Report" xəbər verir ki, bu barədə "Assosiated Press" məlumat yayıb.

Xəbərə görə, tərəflər bildirib ki, dinc sakinlərə humanitar yardımın çatdırılması üçün 5 günlük atəşkəs rejiminin tətbiqi vacibdir. Hər iki ölkənin rəsmiləri qiyamçıları və onların tərəfdarlarını atəşkəs rejiminə əməl etməyə çağırıblar.

Xatırladaq ki, bu gün ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanında olub. O, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud, xarici işlər naziri və vəliəhd Məhəmməd bin Naif və başqa rəsmilər, eləcə də Yəmən prezidenti Abdurabbu Mansur Hadi ilə görüşlər keçirib. 

Son xəbərlər

Orphus sistemi