Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl Səud ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında aparılan danışıqlar çərçivəsində Suriyanın mötədil müxalifətinə dəstəyin artırılması barədə razılıq əldə olunub.
"Report" "PressTV"yə istinadən xəbər verir ki, tərəflər münaqişənin siyasi yolla nizamlanması üzərində işin davam etdirilməsi barədə razılığa gəliblər.
Onlar, həmçinin dinc məqsədlərə tezliklə nail olmaq üçün beynəlxalq ictimaiyyət qüvvələrinin səfərbər edilməsinin zəruriliyini müzakirə ediblər.