ABŞ və Rusiya Suriyadakı qruplaşmalarla bağlı razılığa gəlib

ABŞ və Rusiya Suriyadakı qruplaşmalarla bağlı razılığa gəlib Dövlət Departamenti: "Bu, danışıqlar prosesinin bir hissəsidir"
Digər ölkələr
29 Dekabr , 2015 01:08
ABŞ və Rusiya Suriyadakı qruplaşmalarla bağlı razılığa gəlib

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ və Rusiya arasında Suriyada hansı qruplaşmanı terrorçu hesab etməklə bağlı müəyyən razılıq var.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

"Bizim Rusiya ilə bir sıra qruplaşmalar, xüsusilə də, "Nüsra cəbhəsi" və "İraq-Şam İslam Dövləti" ilə bağlı razılığımız var", — deyə o bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu, danışıqlar prosesinin bir hissəsidir.

"Bəzi qruplar üzrə razılığımız var, bəziləri üzrə yox", — deyə Toner bildirib.

Son xəbərlər

Orphus sistemi