​ABŞ və müttəfiqləri İŞİD-in mövqelərinə 28 hava zərbəsi endirib

​ABŞ və müttəfiqləri İŞİD-in mövqelərinə 28 hava zərbəsi endirib Terror qruplaşmasının qərargahı, silah, döyüş sursatı anbarları
Digər ölkələr
24 Aprel , 2016 17:48
​ABŞ və müttəfiqləri İŞİD-in mövqelərinə 28 hava zərbəsi endirib

Bakı. 24 aprel. REPORT.AZ/ABŞ və onun müttəfiqləri Suriyada və İraqda İŞİD-in mövqelərinə 28 aviasiya zərbəsi endirib.

"Report"un məlumatına görə, bu haqda İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanın komandanlığı məlumat yayıb. Məlumata görə, koalisiya aviasiyasının Suriyada terror qruplaşmasının mövqelərinə endirdiyi dörd hava zərbəsi nəticəsində üç taktiki bölmə, iki atəş mövqeyi və terrorçuların artilleriya sistemi məhv edilib.

İŞİD-in İraqdakı mövqelərinə endirilmiş 24 zərbə nəticəsində terror qruplaşmasının qərargahı, silah, döyüş sursatı anbarları vurulub. 

Son xəbərlər

Orphus sistemi