​ABŞ və Kuba səfirliklərinin fəaliyyətini bərpa edir

​ABŞ və Kuba səfirliklərinin fəaliyyətini bərpa edir 1959-cu ildə Fidel Kastro hakimiyyətə gələndən sonra iki dövlət arasında diplomatik münasibətlər kəsilmişdi
Digər ölkələr
1 İyul , 2015 10:15
​ABŞ və Kuba səfirliklərinin fəaliyyətini bərpa edir

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-la Kuba qarşılıqlı razılaşmaya uyğun olaraq, Havana və Vaşinqtonda daimi diplomatik nümayəndəliklərinin-səfirliklərinin fəaliyyətini bərpa edir.

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

1959-cu ildə Fidel Kastro Rus hakimiyyətə gələndən sonra iki dövlət arasında diplomatik münasibətlər kəsilmişdi.

1961-ci ildən bəri 54 il ərzində ABŞ Kubaya qarşı ticarət embarqosu tətbiq edib. Ötən ilin sonunda ABŞ prezidenti və Kuba lideri Raul Kastro ikitərəfli münasibətlərin normallaşdığını bildirib.

Bu ilin aprelində isə ABŞ Kubanı terrorçuluğu himayə edən dövlətlərin siyahısından çıxarıb. 

Son xəbərlər

Orphus sistemi