Баку. 1 февраля. REPORT.AZ/ ABŞ və Böyük Britaniya terrorçu İŞİD qruplaşması ilə mübarizə məqsədi ilə Liviyaya min hərbçi göndərməyə planlaşdırır.
"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı danışıqlar aktiv şəkildə davam etdirilir.
Liviyada yerləşdiriləcək hərbçilərin əsasən britanliyalı olacağı qeyd olunur.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Liviyada İŞİD-in güclənməsinə qarşı səylərin artırılmasına çağırış etmişdi.