ABŞ terrorçu İD-in hücum iddiasını araşdırır

ABŞ terrorçu İD-in hücum iddiasını araşdırır ABŞ rəsmilərindən biri deyib ki, burada İD yalnız “ilham verici” rol oynaya bilər
Digər ölkələr
6 May , 2015 01:38
ABŞ terrorçu İD-in hücum iddiasını araşdırır

Bakı. 6 May. REPORT.AZ/ ABŞ müstəntiqləri Texasda Məhəmməd peyğəmbərin karikaturalarının sərgisinə basqının arxasında terrorçu İslam Dövləti (İD) dayandığına dair iddiaları araşdırır.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Vaşinqton rəsmiləri bildiriblər ki, bazar günü baş vermiş hücumun arxasında birbaşa İslam Dövləti təşkilatının dayanması inandırıcı deyil.

Xatırladaq ki, İD rəsmi internet radiosu vasitəsi ilə hücumun “xilafətin iki əsgəri” tərəfindən həyata keçirildiyini bəyan etmişdi.

Qeyd edək ki, hücum edənlərin hər ikisi polis tərəfindən öldürülüb. ABŞ rəsmilərindən biri deyib ki, burada İD-in yalnız “ilhamverici” rolu ola bilər.

Son xəbərlər

Orphus sistemi