ABŞ Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandırır

ABŞ Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandırır Vaşinqton Moskvanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir
Digər ölkələr
3 Oktyabr , 2016 21:55
ABŞ Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandırır

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ Suriyada atəşkəslə bağlı Rusiya ilə əməkdaşlığı dayandırır.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib.

"Birləşmiş Ştatlar Suriyada atəşkəs rejiminin bərpası üçün Rusiyayla ikitərəfli əlaqələrdə öz iştirakını dayandırır. Bu qərarın qəbulu çətindir", - deyə o qeyd edib.

ABŞ rəsmisi qeyd edib ki, buna səbəb Rusiyanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsidir. Dövlət Departamentinin mətbuat katibi baş verənlərə təəssüf etdiyini vurğulayıb.

Rəsmi Vaşinqton Moskvanı öhdəliklərin yerinə yetirilməməsinə görə ittiham edir.

Son xəbərlər

Orphus sistemi