ABŞ Suriya və İraqdakı hərbçilərinin sayını artırır

ABŞ Suriya və İraqdakı hərbçilərinin sayını artırır Obama administrasiyası Suriyada xüsusi təlim görmüş onlarla hərbçi göndərəcək
Digər ölkələr
17 Aprel , 2016 07:44
ABŞ Suriya və İraqdakı hərbçilərinin sayını artırır

Bakı. 17 aprel. REPORT.AZ/Amerika Birləşmiş Ştatları Suriyadakı hərbçilərinin sayını artıracaq. Eyni zamanda İŞİD-ə qarşı həbri əməliyyatlarda vertolyotlardan da istifadə edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Suriya və İraqdakı İŞİD terror qruplaşmasına qarşı mübarizə kampaniyasının miqyasını genişləndirmək niyyətindədir.

Obama administrasiyası bu məqsədlə Suriyada xüsusi təlim görmüş onlarla hərbçi göndərəcək.

"New York Times"-ın elektron versiyasının yaydığı məlumata görə, Obama administrasiyası hazırda İŞİD-in paytaxtı rolunu oynayan Rakki şəhərini terrorçulardan təmizləmək məqsədilə hərbi əməliyyatların miqyasını artırmaq niyyətindədir.  

Son xəbərlər

Orphus sistemi