Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-ın Pekindəki səfirliyi Yeni İl bayramı ərzində ehtimal edilən hücumla bağlı Çində yaşayan qərblilərə xəbərdarlıq edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Çindəki səfirliyinin rəsmi saytında yayılan açıqlamada bildirilib.
Açıqlamada ABŞ vətəndaşlarına diqqətli, ayıq-sayıq olmaq məsləhət görülüb və bu sayaq məsələlərlə bağlı Vaşinqtonda müvafiq dövlət qurumlarına məlumat verildiyi vurğulanıb.