​ABŞ Rusiyaya qarşı qadağaları sərtləşdirmək niyyətindədir

​ABŞ Rusiyaya qarşı qadağaları sərtləşdirmək niyyətindədir Bunu Ukrayna prezidenti ilə telefon söhbətində ABŞ-ın vitse-prezidenti bildirib
Digər ölkələr
25 Yanvar , 2015 08:28
​ABŞ Rusiyaya qarşı qadağaları sərtləşdirmək niyyətindədir

Bakı. 25 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar Rusiyaya qarşı qadağaları sərtləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbəti zamanı bildirib.

"Vitse-prezident Rusiyanın sentyabrda əldə olunan Minsk sazişi üzrə öhdəliklərinə açıq-aydın etinasız yanaşması və münaqişəni birtərəfli qaydada gərginləşdirməsi ilə bağlı ciddi narahatçılığını ifadə edib və Ukraynaya qarşı təcavüzkar hərəkətləri səbəbindən Rusiyanın xərclərinin daha da artmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa razlıq verib", - deyə Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Bayden də, Mariupoldakı faciə ilə bağlı başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi