ABŞ Rusiyanı Ukrayna ilə sərhəddə hərbi kontingentini artırmaqda ittiham edib

ABŞ Rusiyanı Ukrayna ilə sərhəddə hərbi kontingentini artırmaqda ittiham edib Ağ Ev yanında MTŞ nümayəndəsi Rusiyaya xəbərdarlıq edib
Digər ölkələr
3 Noyabr , 2014 11:37
ABŞ Rusiyanı Ukrayna ilə sərhəddə hərbi kontingentini artırmaqda ittiham edib

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ Rusiyanı Ukrayna ilə sərhəddə hərbi kontingentini artırmaqda ittiham edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox qondarma Donetsk və Luqansk Xalq Respublikalarında noyabr ayının 2-də keçirilən seçkiləri şərh edib. O bildirib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə cəmləşdirir. 

"Biz Rusiyanı Ukraynaya əlavə qoşun və hərbi sursat yeritmək üçün belə qanunsuz seçkiləri bəhanə kimi istifadə etməkdən çəkindiririk. Məlumdur ki, son zamanlar Rusiya Ordusu öz qüvvələrini  Ukraynanın şərqindəki rayonları ilə sərhəddə toplayır" - deyə, M.Strox qeyd edib. 

Son xəbərlər

Orphus sistemi