​ABŞ rəsmisi Rusiyanı Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib

​ABŞ rəsmisi Rusiyanı Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib "Rusiyanın sərhəddən tank və hava hücumundan raket sistemi keçirməsindən və döyüşlərin davam etməsindən narahatıq"
Digər ölkələr
14 Fevral , 2015 10:09
​ABŞ rəsmisi Rusiyanı Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib

Bakı.14 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki Rusiyanı Ukraynanın Debaltsevo rayonuna ağır texnika göndərdiyi üçün ittiham edib.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Psaki bunu keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın son bir neçə gündə sərhəddən tank və hava hücumundan raket sistemi keçirməsindən və döyüşlərin davam etməsindən narahatıq", - o, bildirib.

Psaki deyib ki, Rusiya Debaltsevoya çoxlu sayda artilleriya və reaktiv sistem ötürüb: "Onlar bu texnika vasitəsi ilə ukraynalıların mövqelərini vururlar. Bu cari həftə əldə edilən razılaşmanın ruhuna uyğun deyil ".

ABŞ Dövlət Departamentinin rəsmisi onu da vurğulayıb ki, Rusiya hərbi hissələri Ukraynanın şərqindəki sərhəddə rusiyayönlülərə böyük həcmdə silah ötürməyə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi