​ABŞ Quantanamodan 10 məhbusu ölkələrinə göndərəcək

​ABŞ Quantanamodan 10 məhbusu ölkələrinə göndərəcək Pentaqon Konqresi öz planları barədə xəbərdar edib
Digər ölkələr
31 Mart , 2016 06:28
​ABŞ Quantanamodan 10 məhbusu ölkələrinə göndərəcək

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi Quantanamo həbsxanasından bir neçə ölkəyə təqribən 10 məhbus göndərmək niyyətindədir.

"Report" xəbər verir ki, nazirlik öz planları barədə artıq Konqresi məlumatlandırıb.

İlk bir neçə məhbus yaxın günlərdə, digərləri bir neçə həftə ərzində ölkədən göndəriləcək. Türməni tərk edəcək məhbusların dəqiq sayı açıqlanmır. Mənbənin məlumatına görə, dustaqlar ən azı iki ölkəyə göndəriləcək.

Hazırda Quantanamo həbsxanasında 91 dustaq saxlanılır.

Son xəbərlər

Orphus sistemi