​ABŞ Quantanamodan buraxılan terrorçuya görə 5 milyon dollar təklif edir

​ABŞ Quantanamodan buraxılan terrorçuya görə 5 milyon dollar təklif edir İbrahim əl-Rubəyş 2006-cı ildə Quantanamodan azad edilib
Digər ölkələr
24 Dekabr , 2014 04:32
​ABŞ Quantanamodan buraxılan terrorçuya görə 5 milyon dollar təklif edir
Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ hökuməti 2006-cı ildə Quantanamo həbsxanasından azad edilən İbrahim əl-Rubəyşin yeri barədə məlumat verən şəxsə 5 milyon dollar ödəməyə hazırdır.

"Report" xəbər verir ki, Əl-Rubəyş azad olunduqdan sonra "Ərəbistan Yarımadasında Əl-Qaidə" təşkilatının tərkibində terror fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Birləşmiş Ştatlar onun adını təhlükəli cinayətkarlar siyahısına daxil edib.

Əl-Rubəyş Quantanamo həbsxanasında 2002-ci ildən 2006-cı ilədək olub. Amerika hakimiyyətinin məlumatına görə, o, hazırda "Əl-Qaidə"nin tərkibində rəhbər vəzifələrdən birini tutur və bilavasitə terror aktlarının planlaşdırılması və hazırlanmasında iştirak edir.

Əl-Rubəyş avqust ayında açıq bəyanatla çıxış edərək, bütün müsəlmanları Birləşmiş Ştatlara qarşı müharibəyə səsləyib.

Son xəbərlər

Orphus sistemi