​ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır

​ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır Barak Obama Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək
Digər ölkələr
20 Aprel , 2016 14:47
​ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obmanın Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, o, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin başçıları ilə görüşəcək.

ABŞ prezidenti onlarla Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək.

Qeyd edək ki, 6 günlük rəsmi səfər zamanı Barak Obama Səudiyyə Ərəbistanından sonra Britaniya və Almaniyaya yola düşəcək.

Ağ Evin məlumatına görə, Londonda prezidentə xanımı Mişel Obama da qoşulacaq.

Son xəbərlər

Orphus sistemi