Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama yanvarın 27-də Səudiyyə Ərəbistanına səfər edəcək.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 25-də Hindistana gedəcək ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatından dolayı Ər-Riyada səfər etmək qərarı alıb. Bu səbəbdən B.Obama Hindistan səfərini əvvəlcədən müəyyənləşdirilmiş proqramdan tez başa vuracaq. Hətta ABŞ prezidentinin Hindistan səfərinin son günü Tac Mahala nəzərdə tutulan səfəri də ləğv edilib.
Ağ ev sözçüsü Coş Ernest B.Obama və xanımı Mişel Obamanın yanvarın 27-də Səudiyyə Ərəbistanına səfər edəcəklərini və yeni kral Salman bin Əbdüləziz ilə görüşəcəklərini açıqlayıb.