ABŞ prezidenti Kubaya səfir namizədini təklif edib

ABŞ prezidenti Kubaya səfir namizədini təklif edib O, ölkəsinin Havanadakı diplomatik missiyasının əməkdaşıdır
Digər ölkələr
28 Sentyabr , 2016 15:05
ABŞ prezidenti Kubaya səfir namizədini təklif edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama 55 ildən sonra Cefferi Dilaurentistin Kubaya səfir təyin olunmasını təklif edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-ın Kubanın paytaxı Havanadakı diplomatik missiyasının əməkdaşıdır.

Məlumata görə, onun namizədliyi Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi Konqres tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, bu partiyanın üzvləri Kuba ilə münasibətlərin normallaşmasına qarşı çıxır.

Xatırladaq ki, ABŞ ilə Kuba arasında münasibətlər 2014-cü ilin dekabrından yaxşılaşmağa başlayıb. Həmin tarixdə Barak Obama ölkəsinin Kubaya tətbiq etdiyi embarqonun ləğvi və bu dövlətlə münasibətlərin bərpası haqqında Konqresə müraciət etmişdi. Həmin vaxtdan onlar arasında diplomatik, ticarət və hava nəqliyyatı bərpa edilib, o cümlədən Havana və Vaşinqtonda ölkələrin səfirlikləri açılıb.

Bu ilin martında isə son 88 ildə ilk dəfə Barak Obama Kubada səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi