Barak Obama Hannover görüşündə İŞİD-ə qarşı ikinci cəbhənin açılmasını təklif edəcək

Barak Obama Hannover görüşündə İŞİD-ə qarşı ikinci cəbhənin açılmasını təklif edəcək ABŞ prezidenti İŞİD-in silahlandırılmasına qarşı yeni cəbhənin açılmasına tərəfdardır
Digər ölkələr
25 Aprel , 2016 06:00
Barak Obama Hannover görüşündə İŞİD-ə qarşı ikinci cəbhənin açılmasını təklif edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Hannover şəhərində keçiriləcək ABŞ, Böyük Britaniya, Frtansa, İtaliya, Almaniya liderlərinin görüşündə İŞİD terror qruplaşmasına kibersilahın tətbiq etmə imkanlarının müzakirə olunmasına tərəfdardır. ""Report" xəbər verir ki, bu barədə "New York Times" qəzetinin elektron versiyası məlumat yayıb.

Nəşrin məlumatına görə, Barak Obamanın mövqeyi İŞİD-in silahlandırılmasına qarşı yeni cəbhənin açılmasından ibarətdir.

Kiber silahın tətbiqinin potensial istiqamətlərini terror qruplaşmasının əlaqə sistemlərinin sıradan çıxarılması, döyüşçülərə pul köçürülməsinin qarşısının alınması, terrorçulara elektron yolla ödənişlərin iflic edilməsi təşkil edir.

Qeyd edək ki, bu gün Hannover şəhərində Fransa, ABŞ, İtaliya, Almaniya və Böyük Britaniya rəhbərlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla saat 14:30-da başlayacaq. Danışıqların əsas mövzularını Liviya, Suriya, Ukraynadakı vəziyyət, Avropada miqrasiya böhranı təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi