ABŞ prezidenti Böyük Britaniyaya səfər edib

ABŞ prezidenti Böyük Britaniyaya səfər edib Obama burada kraliça II Yelizaveta və baş nazir Kemeronla görüşəcək
Digər ölkələr
22 Aprel , 2016 00:40
ABŞ prezidenti Böyük Britaniyaya səfər edib

Bakı. 22 Aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama cümə axşamı Böyük Britaniyaya səfər edib.

“Report” xəbər verir ki, Obamanın kraliça II Yelizaveta v baş nazir Devid Kemeronla görüşü planlaşdırılır.

Baş nazirlə danışıqlar zamanı əsas müzakirə mövzusu İŞİD terror təşkilatı ilə mübarizə, Əfqanıstanda birgə fəaliyyət, Rusiyanın Ukraynaya təcavüzünə qarşı cavab tədbirləri və iqtisadi məsələlər olacaq.

Lakin gözlənilir ki, Britaniya üçün ən mühüm müzakirə iyunun 23-də ölkənin Avropa İttifaqındakı üzvlüyünə dair keçiriləcək referendum olacaq.

Son xəbərlər

Orphus sistemi